"Qalatasaray" öz meydanında xal itirdi

17 Yanvar 2026 23:23

Türkiyə çempionatında keçirilən oyunda "Qalatasaray" doğma meydanda "Qaziantep"lə qarşılaşıb.

Milli.Az xəbər verir ki, görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Matçın ikinci hissəsində qonaqların heyətində Mohamed Bayo fərqlənib. 84-cü dəqiqədə Barış Alper Yılmaz hesabı bərabərləşdirib.

Günün digər qarşılaşmasında isə "Başakşehir" "Karagümrük"ü məğlub edib - 2:1.

Milli.Az