Rakkada həlledici anlar: Suriya ordusu irəliləyir

17 Yanvar 2026 23:19

Suriya ordusu Rakka istiqamətində həlledici mərhələyə keçib.

Milli.Az xəbər verir ki, şəhər uzun müddət terrorçu PYD kürd silahlı qruplaşmasının nəzarətində olub və rəsmi Dəməşqin silahı yerə qoymaq üçün verdiyi son müddətin başa çatmasından sonra hərbi əməliyyat başlanıb.

Şəhərin əsas giriş nöqtələri nəzarətə götürülüb, PYD mövqelərinə qarşı mərhələli təmizləmə aparılır.

Məlumata görə, əməliyyatın məqsədi Rakkada dövlət nəzarətinin bərpası və terrorçu qruplaşmanın tam zərərsizləşdirilməsidir. Şəhər ətrafında təhlükəsizlik halqası daraldılır, irəliləyiş davam edir./müsavat.com

Milli.Az