10 gündür itkin olan 10 yaşlı uşağı yaralı torpağa basdırılmış TAPDILAR - VİDEO

18 Yanvar 2026 16:07

Türkiyənin Hatay şəhərində itkin düşmüş kimi axtarılan 10 yaşlı xarici vətəndaş uşaq torpaq altından yaralı vəziyyətdə xilas edilib.

Milli.Az xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.

Bildirilir ki, uşağın bədəninin bir hissəsini torpağa basdıraraq onu döydüyü iddia edilən dayısı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Uşağın səhhəti nəzarət altındadır, fakt üzrə istintaq davam edir.

Musa
Milli.Az