Sonaxanım göz yaşlarına boğuldu - VİDEO

18 Yanvar 2026 14:11

Aktrisa Sonaxanım Əliyeva efirdə kövrək anlar yaşayıb.

Milli.Az xəbər verir ki, aktrisa Sonaxanım Əliyeva qatıldığı televiziya proqramında duyğularını gizlədə bilməyib. Sənətçi efir zamanı göz yaşlarına hakim ola bilməyərək yaşadıqlarından söz açıb.

O, bildirib ki, güclü görünmək insanı zamanla yorur:

"İnsan nə qədər güclü ola bilər? Güclü olmaqdan yorulmuşuq. Yaşadıqlarımın dörddə birini belə heç düşmənimə arzulamıram. Biz sənət adamları üçün "arsız", "bəxtəvər" yazırlar. Amma bilən yoxdur, ürəyim nə vaxt boşalacaq, göz yaşlarım nə zaman quruyacaq..."

Aktrisa ən çox ağrıdan məqamın isə yaxın çevrədən gələn xəyanət olduğunu vurğulayıb:

"Dost, qonşu, uzaq qohum xəyanət edərsə, zamanla alışa bilərsən. Amma ən yaxınlarından xəyanət görmək çox ağırdır".

Sonaxanım Əliyevanın səmimi etirafları studiyada duyğusal yaradıb.

Musa
Milli.Az