İmişli sakini bankomatdan pul çəkərkən vəfat etdi

17 Yanvar 2026 12:10

İmişli rayon sakini marketdə vəfat edib.

Milli.Az-ın əldə etdiyi məlumata görə, hadisə İmişli şəhəri ərazisində yerləşən super marketlərdən birinin qarşısında baş verib.

Belə ki, rayonun Xəlfəli kənd sakini, 63 yaşlı Əlizahir Savalanov marketin qarşısında yerləşən bankomatdan pul çəkərkən dünyasını dəyişib.

Faktla bağlı İmişli rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az