Rusiyada güclü zəlzələ oldu

17 Yanvar 2026 12:46

Rusiyanın Kamçatka bölgəsində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.

Milli/Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika xidmətinin Kamçatka filialı məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Petropavlovsk-Kamçatsak şəhərindən 190 kilometr aralıda, hiposentri (yeraltı ocağı) isə 39 kilometr dərinlikdə olub.

Dağıntı və zərərçəkənlər barədə məlumat yoxdur. Sunami həyəcanı elan olunmayıb. Bölgənin sakinləri yeraltı təkanları 3 bala qədər gücdə hiss edib.

Milli.Az