Gəncədə avtomobil sərnişin avtobusu ilə toqquşdu - Xəsarət alan var

17 Yanvar 2026 00:08

Gəncədə qəza olub.

Milli.Az unikal-a istinadən xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Hərəktədə olan "Chevrolet" markalı minik maşını sərnişin avtobusu ilə toqquşub. Qəza zamanı minik maşınında olan 1996-cı il təvəllüdü G.Cəfərova  xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Qəza nəticəsində avtobusun sərnişinlərindən xəsarət alan olmayıb. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Fakt araşdırılır.

Milli.Az