"Könül Kərimova hər yerə radarları saya-saya gedib çatır"

16 Yanvar 2026 20:38

Əməkdar artist Könül Kərimova duet ortağı, müğənni Cabbar Musayevlə aralarında yaşanan mübahisədən danışıb.

Milli.Az xəbər verir ki, müğənni səhlənkar olduğunu etiraf edib. O bildirib ki, dəvət aldıqları bütün yerə gec gedir:

"Səhlənkarlığım var. Cabbar Musayevi əsəbiləşdirir. Deyir ki, evdən vaxtında çıxmaq lazımdır. Həmişə deyirəm ki, vaxtında evdən çıxa bilmirəm. Amma harasa gecikirəm? Yox...".

C.Musayev isə "Radarları saya-saya, siqnal verə-verə gəlir çatır" sözlərini bildirib. 

K.Kərimova isə ona "Bütün sənət adamlarında bu var. Bəylərdə başqa, xanımlar da başqadır. Bəy kostyumu geyinir. Mən bir paltar seçirəm, kəmər, sırğa, hər şeyi uyğunlaşdırmalıyam" cavabını verib.  (Axşam.az)

Milli.Az