“Neftçi”dən yoxlama matçında qələbə

16 Yanvar 2026 19:50

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışını davam etdirən "Neftçi" hazırlıq prosesini qələbə ilə başa vurub.

Milli.Az xəbər verir ki, paytaxt təmsilçisi BƏƏ toplanışı çərçivəsində keçirdiyi sonuncu yoxlama oyununda Çinin "Çenqdu Ronqçenq" kollektivi ilə qarşılaşıb.

Görüş "ağ-qaralar"ın aşkar üstünlüyü və 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Paytaxt klubunun heyətində Andrey Ştoqrin (9-cu dəqiqə), Bassala Sambu (29-cu dəqiqə) və İqor Ribeyro (53-cü dəqiqə) rəqib qapısına yol taparaq qələbəni təmin ediblər.

Qeyd edək ki, "Neftçi" Əbu-Dabidə keçirdiyi əvvəlki oyunlarda da uğurlu nəticələr göstərib. Belə ki, komanda Misir təmsilçisi "Piramids"lə 1:1 hesablı heç-heçə edib, Qazaxıstanın "Kayrat" klubunu isə üç cavabsız qolla məğlub edib.

Milli.Az