Pedaqoji işçilərə tədris ili ərzində məzuniyyət veriləcək

16 Yanvar 2026 18:20

Pedaqoji işçilərə əmək məzuniyyətinin verilməsi qaydasında dəyişiklik edilib.

Milli.Az-ın məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Daha əvvəl bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq əmək məzuniyyətləri bir qayda olaraq məktəblərdə yay tətili dövründə verilirdi.

Qanuna əsasən, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq əmək məzuniyyətləri məktəblərdə yay tətili dövründə və ya işəgötürənin razılığı ilə tədris ili ərzində veriləcək.

Milli.Az