Ailə vəzifələrinə görə işçilər arasında ayrı-seçkiliyə yol vermək qadağan edilib

16 Yanvar 2026 18:18

Ailə vəzifələrinə görə işçilər arasında hər hansı birbaşa və ya dolayı ayrı-seçkiliyə yol verilməsi qadağan edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Qanuna əsasən, əmək münasibətlərində ailə vəzifələrinə görə işçilər arasında hər hansı birbaşa və ya dolayı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağan edilib.

Əlilliyi olan şəxslərə, ailə vəzifələri olan işçilərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilməyəcək.

Milli.Az