Çox istifadə edilən bəzi qidaların zərərləri açıqlandı

17 Yanvar 2026 07:07

"Mağazadan alınan şaurma yemək qan təzyiqini və qanda şəkəri artıra bilər".

Milli.Az xəbər verir ki, bu barədə rusiyalı diyetoloq Yelena İqnatikova "Moskva 24"ə açıqlamasında bildirib.

Problemin əsas səbəbi klassik lavaş çörəyində bol miqdarda sürətli karbohidratın olmasıdır.

Onun sözlərinə görə, bu qəlyanaltı xüsusilə diabet, ürək-damar xəstəlikləri və karbohidrat və ya yağ metabolizmasının pozğunluğu olan insanlar üçün təhlükəlidir.

"Qril ət də sağlamlıq üçün risk daşıyır. Hətta ən az yağlı şaurma versiyasında belə çoxlu miqdarda duz var ki, bu da şişkinliyə və yüksək təzyiqə səbəb ola bilər", - deyə həkim bildirib.

Mütəxəssis ketçup və mayonezin sağlamlığa ciddi zərərləri barədə də danışıb:

"Bu sousların tərkibində yüksək miqdarda şəkər, konservantlar, duz və monosodyum qlutamat var. Həddindən artıq istifadəsi hipertoniyanı daha da pisləşdirə bilər. Həssas mədə-bağırsaq traktı olan insanlarda isə qastrit, mədə xorası, pankreatit və qıcıqlanmış bağırsaq sindromunun kəskinləşməsi müşahidə edilə bilər".

Milli.Az