Müğənni Manaf Ağayev verdiyi sərt açıqlama ilə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, ifaçı efirdə emosiyalarına hakim ola bilməyərək kəskin fikirlər səsləndirib və bu sözlər müzakirələrə səbəb olub.
Manaf Ağayev bildirib ki, illərdir etdiyi yaxşılıqlara baxmayaraq, bəzi insanların bunu dəyərləndirməməsi onu əsəbiləşdirib:
"Bunların hamısı nankordur. Yaxşısı var ki? Haramı olsun! Gör nə həddə çatdırıblar ki, belə danışıram. Əslində, belə danışdığıma baxmayın, qəlbim təmizdir, Allah bilir nə demişəm".
Müğənni vurğulayıb ki, heç vaxt tərif dalınca qaçmayıb:
"Mənə tərif lazım deyil. Olduğunu desən, başdan-ayağa tərifdir. Həyatım tərtəmizdir".
Ağayev efir fəaliyyəti dövründə bir çox insana dəstək olduğunu da qeyd edib. Onun sözlərinə görə, bir çox adamı Dubaya, Türkiyəyə və dünyanın müxtəlif ölkələrinə aparıb, böyük məclislərdə səhnəyə çıxmalarına şərait yaradıb:
"100 manatdan başqa pul görməyən adamlar görmədiyi pulları gördülər. Efirə çıxıb, böyük toylar oxudular".
Sənətçi sonda isə bəzi şəxslərin bu gün onun haqqında mənfi danışmasına sərt reaksiya verib:
"Bu gün o adam çıxıb deyir ki, Manaf mənə nə edib? Ona görə də dedikləri haramları olsun".
Manaf Ağayevin bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.
Milli.Az