İstanbul nəhəngi "Real Madrid"in ulduzunu ALIR

16 Yanvar 2026 15:30

"Real Madrid"in məşhur müdafiəçisi David Alaba gələcək karyerasını Türkiyədə qurmaq ehtimalı ilə gündəmə gəlib.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, İstanbul təmsilçisi avstriyalı futbolçu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Alabanı transfer etmək üçün bütün mümkün variantları dəyərləndirəcək.

"Transfermarkt"ın məlumatına əsasən, Alabanın transfer qiyməti 2019-2020-ci illərdə 65 milyon avroya qədər yüksəlmişdi. Hazırda 33 yaşlı müdafiəçinin bazar dəyəri 4 milyon avro olaraq göstərilir.

Qeyd edək ki, Alaba 2021-ci ildə "Bavariya"dan azad agent statusu ilə "Real Madrid"ə transfer olunub. İspaniyada çıxış etdiyi müddətdə o, bir neçə ciddi zədələr alaraq xeyli vaxtı meydanlardan kənarda keçirmişdi.

Hüseyn
Milli.Az