Xəbər verdiyimiz kimi, müğənni Şəbnəm Tovuzlu təmtəraqlı ad günündən 173 min manat pul yığmışdı.
Milli.Az xəbər verir ki, sənətçi mərasimdə ən çox pul verən qonağın kim olduğunu etiraf edib.
Tovuzlu bildirib ki, mərasimə 10 min manat yazdıran şəxs olub:
"Ən çox 10 min manat yazdıran olub. Sənət dostlarımızdan 2-3 min manat verənlər də var idi. Ən çox pul yazdıranlar sırasında Tacir Şahmalıoğlu, Ədalət Şükürov, Könül Kərimova kimi sənətçilər vardı. İnsanlara dəyər verən, dəyər görür. Ancaq 10 min manat yazdıran şəxs sənət adamı deyildi, ailə dostlarımızdan biridir".
Şəbnəmhəmçinin vurğulayıb ki, belə addımlar insanın verdiyi dəyəri göstərir.
Musa
Milli.Az