Müğənni Tacir Şahmalıoğlu "Günə uğurla" verilişində qalmaqallı duet ortağı Fədayə Laçınla bağlı danışıb.
Milli.Az xəbər verir ki, Tacir Şahmalıoğlu veriliş zamanı bildirib ki, Fədayə onun yanına gələndə cəmi 10-15 mahnı bilirmiş:
"Fədayə mənim yanıma gələndə çox az mahnı bilirdi. Onu sənətkar kimi yetişdirən mənəm".
Qeyd edək ki, T.Şahmalıoğlunun bundan əvvəlki açıqlaması - "Onun müəllimi olmuşam" - Fədayənin bacısı İlahə Fədanı narazı salmış və aralarında qalmaqal yaranmışdı. Bu açıqlama isə yenidən sosial mediada və tamaşaçılar arasında müzakirələrə səbəb olub.
Musa
Milli.Az