"Rəngarəng" proqramının canlı efirində aparıcı Zaur Nəbioğlu ilə müğənni Pərvin Lətifov arasında gərgin anlar yaşanıb.
Milli.Az xəbər verir ki, izləyicilər də sosial şəbəkələrdə "Heç kim Zaurdan bu sözləri eşitməmişdi" şərhini verərək diqqət çəkib.
Hadisə Vəfa Şərifovanın ifasının təqdim olunması zamanı baş verib. Zaur Nəbioğlu ifaçıdan onun oxuduğu janrı soruşmağına peşman olub:
"Mən pis demək istəmirəm. Bu ifanın janrını bilmirəm. Sən məktəbə hazırlığa gedəndə mən ciddi musiqi ilə məşğul idim. Mənim dostumsan, bilirsən ki, sənə necə hörmət edirəm. Sənə etdiyim jestləri heç bir dostuma etməmişəm."
Aparıcı əlavə edib ki, Vəfa onun düşməni deyil:
"Vefa, Nəfəs də bizim millətimizin balasıdır. Toylara dəvət alırlar, yaxşı edib gedib oxuyurlar. Kim nə deyə bilər ki..."
Bu açıqlamalar və gərgin anlar sosial şəbəkələrdə izləyicilər arasında geniş müzakirələrə səbəb olub.
Musa
Milli.Az