AZCON Holding şirkətlərindən olan ASCO-nun bərə gəmiləri ilə 2025-ci ilin dekabr ayında 4 476 avtomobil daşınıb.
Milli.Az xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.
Bildirilib ki, bununla da 2020-ci ilin iyul ayında qeydə alınmış 4 379 avtomobil üzrə əvvəlki rekord yenilənib və bu, son 5 ilin ən yüksək göstəricisi olub.
2025-ci ilin noyabr ayında bərə gəmiləri ilə 3 243 avtomobil daşınıb.
Beləliklə, dekabr ayında avtomobil daşımalarının həcmi noyabr ayı ilə müqayisədə təxminən 38 faiz artıb.
Milli.Az