Tanınmış şair vəfat etdi - FOTO

16 Yanvar 2026 10:07

Tanınmış şair, yazıçı Aydın Rəşid vəfat edib.

Milli.Az xəbər verir ki, o, 64 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Aydın Ağasaleh oğlu Rəşidov 1962-ci il iyunun 1-də Bakıda anadan olub. Bədii yaradıcılığa ötən əsrin 80-ci illərində başlayıb. Mətbuatda şeirləri dərc olunub. 2002-ci ildə "Nə gözəldi bu dünya" adlı kitabı nəşr edilib.

Qeyd edək ki, A.Rəşid "Almaz" jurnalının baş redaktoru idi. (yeni.sabah)

Milli.Az