Sevgilisinin arvadından gizlənmək istəyən qız 10-cu mərtəbədən QAÇDI - VİDEO

18 Yanvar 2026 17:11

Sosial mediada yayılan görüntülər hər kəsi həyəcanlandırıb. Kadrlarda bir qadının sevgilisinin həyat yoldaşından gizlənmək üçün binanın 10-cu mərtəbəsinin pəncərəsindən çölə çıxaraq ölüm təhlükəsi ilə üzləşdiyi anlar əks olunub.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Çinin Guangdong əyalətində baş verib. Məlumata görə, evli kişi sevgilisini yaşadığı mənzilə dəvət edib. Lakin arvadının gözləniləndən daha tez evə qayıtması vəziyyəti çətinləşdirib. Bunun ardınca qadın gizlənmək məqsədilə mənzilin pəncərəsindən bayıra çıxmağa məcbur qalıb.

Görüntülərdə qadının binanın xarici divarından tutaraq ehtiyatla küncə doğru hərəkət etdiyi görünür. Daha sonra o, sarı rəngli borudan yapışaraq aşağı enməyə cəhd edib. Bu zaman tarazlığını itirən qadın az qala yerə düşəcəkmiş. Son anda isə aşağı mərtəbədəki açıq pəncərədən içəri girməyi bacarıb.

Pəncərəni təpiklə vuraraq içəridə olan qonşunu qorxudan qadın, pəncərənin tez açılması sayəsində mənzilə daxil olub və təhlükədən xilas edilib.

Hadisə ilə bağlı yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Musa
Milli.Az