45 yaşlı kişi dəm qazından öldü

16 Yanvar 2026 09:38

Abşeronda 45 yaşlı kişi dəm qazından boğulub.

Milli.Az xəbər verir ki, "Yeni massiv"də yaşayan 1981-ci il təvəllüdlü Elmidar Fikrət oğlu Usubov yaşadığı evdə sobadan çıxan dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az