Nobel Sülh Mükafatını Trampa verdi - FOTO

16 Yanvar 2026 10:00

ABŞ Prezidenti Donald Tramp Venesuela müxalifətinin lideri Mariya Korina Maçado ilə görüşü barədə paylaşım edib.

Milli.Az xəbər verir ki, Tramp bu barədə "Truth" sosial şəbəkəsində yazıb.

"Bu gün Venesueladan olan Mariya Korina Maçado ilə görüşmək mənim üçün böyük şərəf idi. O, çox şeydən keçmiş gözəl bir qadındır. Mariya mənə gördüyüm işlərə görə Nobel Sülh Mükafatını təqdim etdi. Qarşılıqlı hörmətin belə gözəl bir jesti. Təşəkkür edirəm, Mariya!" - deyə Tramp qeyd edib.

Qeyd edək ki, Venesuela müxalifətinin lideri, Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçado Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşdən sonra ona qızıl medalını təqdim etdiyini açıqlayıb.

Milli.Az