Sosial şəbəkələrdəki etiraf səhifələrindən birində paylaşılan yazı geniş müzakirələrə səbəb olub. Bir qadın bildirib ki, qayınanasının onun xəbəri olmadan sifariş etdiyi DNT testi 6 aylıq körpəsinin atasının əri olmadığını göstərib.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, qadın paylaşımında baş verənləri xəyanət kimi qəbul etmədiyini qeyd edib. Onun sözlərinə görə, bu nəticədən sonra əri boşanmaq üçün rəsmi müraciət edib. Qadın isə vəziyyətlə bağlı "Körpələr xəstəxanada dəyişdirilə bilərmi?" sualını gündəmə gətirib.
Etiraf səhifəsində yayımlanan yazı qısa zamanda viral olub. Qadın qeyd edib ki, həm özü, həm də həyat yoldaşı əsmər olsa da, körpələrinin sarışın saçlı və açıq gözlü olması qayınanasının şübhələrini artırıb. Qayınanası tez-tez "bu uşaq kimə oxşayır?" sualını verirmiş.
Daha sonra qadın qayınanasının gizli şəkildə DNT testi etdirdiyini öyrəndiyini və nəticənin onu şoka saldığını bildirib. Paylaşımda "körpə ərimdən deyil" ifadəsini yazan qadın, ərinə xəyanət etmədiyini xüsusi olaraq vurğulayıb.
O, oxşar vəziyyətlə qarşılaşanların olub-olmadığını soruşaraq, körpələrin doğum zamanı xəstəxanada qarışdırılması ehtimalını da istisna etməyib.
Paylaşım sosial mediada minlərlə rəy toplayıb. Bəzi istifadəçilər "Müstəqil DNT testi etdirin", "Belə hallar mümkündür, araşdırmadan vaz keçməyin" deyə yazsa da, digərləri "DNT testləri yanılmır, reallığı qəbul etmək lazımdır" fikrini irəli sürüblər.
Musa
Milli.Az