"Real Madrid"in baş məşqçisi olmaq istəyir

16 Yanvar 2026 10:30

"Borussiya Dortmund" və "Liverpul" klublarının sabiq baş məşqçisi Yurgen Kloppun gələcək karyerası ilə bağlı diqqətçəkən iddia ortaya atılıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, tanınmış insayder Florian Plettenberg bildirib ki, alman mütəxəssis məşqçiliyə qayıdacağı halda iki əsas variantı ciddi şəkildə nəzərdən keçirir. Bunlardan biri "Real Madrid", digəri isə Almaniya milli komandasıdır.

Məlumatda qeyd olunur ki, Klopp uzun illərdir "kral klubu"nu çalışdırmaq ideyasına müsbət münasibət bəsləyir və bu təklif onun üçün hər zaman cəlbedici olub.

Xatırladaq ki, hazırda "Real Madrid"in baş məşqçisi Alvaro Arbeloadır. Madrid təmsilçisi İspaniya La Liqasında 45 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Hüseyn
Milli.Az