"Beşiktaş"dan gedir

16 Yanvar 2026 09:15

"Beşiktaş"ın hücumçusu Temmi Abrahamın İngiltərə Premyer Liqasına dönüşü gündəmdədir.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano xəbər verib. Məlumata əsasən, hücum xəttini gücləndirmək istəyən "Aston Villa" klubu Malenin "Roma"ya keçidindən sonra yeni forvard axtarışına çıxıb və diqqətini Temmi Abraham üzərinə yönəldib.

Bildirilir ki, ingilis futbolçu bu keçidə müsbət yanaşır və şəxsi müqavilə şərtləri ilə bağlı hər hansı maneə yoxdur.

Qeyd edək ki, Temmi Abrahamın transfer hüquqları "Roma"ya məxsusdur. O, hazırda icarə əsasında "Beşiktaş"ın formasını geyinir. Xatırladaq ki, hücumçu 2019-2021-ci illərdə "Çelsi" klubunda çıxış edib.

Hüseyn
Milli.Az