Quru lobya bişirərkən duzun nə vaxt əlavə edilməsi sadəcə dad məsələsi deyil, həm də lobyanın yumşaqlığı və qabığının soyulmaması üçün kritik bir addımdır. Mütəxəssis aşpazların rəyinə görə, duzun əlavə edilmə vaxtı lobyanın bişmə keyfiyyətinə birbaşa təsir edir.
Milli.Az xəbər verir ki, lobyanı daha dadlı və tam bişmiş hazırlamaq üçün bu qaydalara diqqət yetirmək lazımdır:
Ən böyük səhvlərdən biri duzun lobyanı isladarkən və ya bişirməyə başlayanda əlavə edilməsidir. Duz lobyanın qabığını bərkidir və iç hissəsinin yumşalmasına mane olur. Bu səbəbdən, duz lobyalar tam yumşaldıqdan sonra, yəni bişməyə yaxın əlavə edilməlidir. Bu üsul lobyanın formasını qorumasını və içinin kərə yağı kimi yumşaq olmasını təmin edir.
Bəzi aşpazlar lobyanı bir gecə əvvəldən isladarkən suya az miqdarda duz əlavə etməyi tövsiyə edirlər. Bu, lobyanın daxilinə suyun daha yaxşı keçməsinə kömək edə bilər, lakin bişirmə suyuna duz mütləq sonda vurulmalıdır.
Lobyanın qazını almaq və dadını tarazlamaq üçün bişmə prosesində çox az miqdarda (bir çimdik) toz şəkər əlavə edə bilərsiniz.
Əgər lobyaların dağılmasını istəmirsinizsə, bişməyə başlayanda bir neçə damcı limon suyu sıxa bilərsiniz; bu, həm də rəngin daha parlaq qalmasını təmin edər.
Lobya qaynamağa başlayanda üzərində yaranan ağ köpükləri mütləq yığın. Bu köpüklər həzm problemlərinə və qaza səbəb ola bilər.
Lalə Qüdrətova
Milli.Az