Məşhur türkiyəli müğənni və aktrisa Hülya Avşarın keçmiş həyat yoldaşı, 61 yaşlı Kaya Çilingiroğlu sosial şəbəkələrdə yenidən diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, onun 22 yaşlı sevgilisi ilə birlikdə görüntülənməsi ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, Kaya Çilingiroğlu Türkiyədə daha çox iş adamı və idman şərhçisi kimi tanınır. O, uzun illər televiziya proqramlarında futbol şərhləri ilə çıxış edib və mediada məşhur sima kimi tanınıb.
Son yayılan fotolarda Çilingiroğlunun gənc sevgilisi ilə səmimi anları sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmayıb. İzləyicilər arasında yaş fərqi ilə bağlı müxtəlif fikirlər səsləndirilib, bəziləri bunu normal qarşılasa da, digərləri tənqidi mövqe sərgiləyib.
Sözügedən görüntülər qısa zamanda gündəmə çevrilərək həm maqazin səhifələrində, həm də sosial platformalarda geniş maraq doğurub.
Musa
Milli.Az