Qrenlandiyanı NATO qorumalıdır, AB deyil - Leyen

15 Yanvar 2026 23:40

Qrenlandiya siyasi, iqtisadi və maliyyə dəstəyi üçün Avropa Birliyinə güvənə bilər, lakin NATO təhlükəsizlik məsələlərinə görə məsuliyyət daşıyır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen deyib.

Eyni zamanda, komissar qeyd edib ki, Arktika və regional təhlükəsizlik AB üçün əsas məsələlərdir:

"Buna görə də, biz ABŞ da daxil olmaqla, müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə Arktikada təhlükəsizliyi təmin etmək üçün çalışmağa davam edəcəyik", - deyə o, bildirib.

Milli.Az