Fövqəladə hallarda əhalinin köçürülməsi ilə bağlı yeni qərar

15 Yanvar 2026 19:20

"Sülh və müharibə dövrlərindəki fövqəladə hallarda Azərbaycan Respublikasında əhalinin köçürülməsi haqqında Əsasnamə"yə dəyişiklik edilib.

Milli.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Nazirlər Kabinetinin 1993-cü il 6 avqust tarixli 438 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş "Sülh və müharibə dövrlərindəki fövqəladə hallarda Azərbaycan Respublikasında əhalinin köçürülməsi haqqında Əsasnamə"nin 1.7-ci bəndinin ikinci cümləsinə "onlar" sözündən sonra "hərbi qeydiyyatda olduğu" sözləri, "bölmələrinə" sözündən sonra isə " Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə" sözləri əlavə edilib.

Milli.Az