Nəsimidə ağır qəza - Yaralıları avtomobildən polis çıxardı - VİDEO

15 Yanvar 2026 19:07

Bu gün günorta saatlarında paytaxtın Nəsimi rayonu, Alı Mustafayev küçəsi, körpünün üzərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qəza zamanı xəsarət alan şəxslər vətəndaşlar və ərazidə xidmət aparan yol polisi əməkdaşlarının köməyi ilə avtomobildən çıxarılıb. Bununla yanaşı, təcili tibbi yardım avtomobillərinin hadisə yerinə manesiz və təhlükəsiz şəkildə yaxınlaşması üçün polis əməkdaşları tərəfindən zəruri şərait yaradılıb.

Milli.Az