Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının əvəzlənəcək üzvləri məlum olub.
Milli.Az xəbər verir ki, Azərbaycan Boks Federasiyasının İcraiyyə Komitəsinin üzvü, professor Yusif Babanlı Şuranın növbəti tərkibində yer almayacaq.
Həmçinin Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova da İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasınn üzvləri sırasında olmayacaq. (APA)
---------
18:00
Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə yeni namizədlər məlum olub.
Milli.Az xəbər verir ki, 2025-ci ildə keçirilmiş iclaslar nəticəsində İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına namizədlər müəyyənləşib.
İdman federasiyaları tərəfindən Azərbaycan Cüdo Federasiyasının İcraçı vitse-prezidenti Rəşad Rəsullu, Şahmat üzrə qadınlar yığma komandasının kapitanı İlahə Qədimova, dini konfessiyalar tərəfindən Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov, yaradıcılıq təşkilatları tərəfindən Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü Həcərxanım Babayeva və Azərbaycan Milli Konservatoriyasının dosenti Aytən Babayevanın namizədliyi irəli sürülüb.
Audiovizual Şura faktı APA-ya təsdiqləyib. (APA)
Milli.Az