Füzulidə gənc oğlan və əmisi faciəvi şəkildə öldü

15 Yanvar 2026 17:11

Füzuli rayonunda iki nəfər avtomobildə dəm qazından boğularaq ölüb.

Milli.Az bildirir ki, hadisə rayonun Qarabağ kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, avtomobili işlək vəziyyətdə saxlayıb yatan 49 yaşlı Bayram Hətəmov və onun qardaşı oğlu 28 yaşlı Vüsal Hətəmli dəm qazından boğulublar.

Faktla bağlı araşdırma aparılır. /APA

Milli.Az