"Qarabağ" - "Ayntraxt" oyununun biletləri bu tarixdən satışa çıxarılacaq - QİYMƏTLƏR

15 Yanvar 2026 17:07

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Qarabağ" - "Ayntarxt" (Almaniya) oyununun biletləri sabah satışa çıxarılacaq.

Milli.Az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

Satışa sabah, saat 12:00-dan start veriləcək.

Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün 1000 manatdır.

Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.

Milli.Az