Bakıda kartinq mərkəzində faciə: Yeniyetmənin ölümü ilə bağlı cinayət işi açıldı

15 Yanvar 2026 15:25

"Baku City Karting" əyləncə mərkəzində bu il yanvarın 1-də yenitmənin ölümüylə nəticələnən hadisə ilə bağlı cinayət işi başlanılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib. İş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, bu il yanvarın 1-də Əhəd Yaqubov küçəsi 15-də yerləşən "Baku City Karting" əyləncə mərkəzində paytaxt sakinləri - 2008-ci il təvəllüdlü Kamal Anar oğlu Səfərlinin və 2009-cu il təvəllüdlü Fatimə Bəhlulzadənin idarə etdiyi kartinq maşınları toqquşub.

K.Səfərli aldığı xəsarətlərdən hadisə yerində ölüb.