Rusiyada məşhur restoranlar şəbəkəsinin adı dəyişdi

15 Yanvar 2026 20:45

Rusiyada KFC restoranlarının Rostic's adı altında rebrendinqi başa çatıb.

Milli.Az xəbər verir ki, bu barədə RBC Unirest şirkətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Rusiyada fəaliyyət göstərən KFC restoranlarının Rostic's brendi altında rebrendinq prosesi tam başa çatdırılıb. 

Məlumata görə, KFC-nin Rusiya bazarını tərk etməsindən sonra bu məkanları ələ keçirən Unirest artıq bütün restoranları Rostic's brendi altında birləşdirib. Hazırda şəbəkədəki bütün obyektlər yeni adla fəaliyyət göstərir və inkişaf etdirilir.

Bildirilir ki, 2026-cı ilin əvvəlinə olan məlumata əsasən, Unirest-in idarəçiliyində olan Rostic's restoranlarının ümumi sayı - şirkətə məxsus və françayzinq əsasında fəaliyyət göstərən obyektlər daxil olmaqla - 1300-dən çoxdur.

Xatırladaq ki, "KFC" brendinin sahibi, ABŞ-nin "Yum! Brands" şirkəti 2022-ci ilin martında Rusiyada "KFC" restoranlar şəbəkəsinin, eləcə də "Pizza Hut" restoranlarının işini dayandırıb. Brendin sahibi Rusiya bazarını tərk etdikdə biznesini yerli şirkətə satıb.

Milli.Az