Əkrəm İmamoğlunun voleybolçu sevgilisi üzə çıxdı - FOTO

15 Yanvar 2026 11:00

İstanbulda fenomen Rabia Karacanın narkotik istintaqı çərçivəsində həbs olunmasından sonra verdiyi açıqlamalar gündəm olub.

Milli.Az xəbər verir ki, Karacanın "voleybolçu D.Ç. Əkrəm İmamoğlunun sevgilisi idi" iddiası ictimaiyyətdə geniş rezonans doğurub.

Qalmaqal fonunda sözügedən voleybolçu D.Ç.-nin keçmiş müsahibələrindən birinə aid görüntülər yenidən gündəmə gəlib. Həmin müsahibədə ona "Telefonunuzdakı ən məşhur şəxsin nömrəsi kimindir?" sualı ünvanlanıb və voleybolçu bu suala "Əkrəm İmamoğlu" cavabını verib.

Rabia Karaca açıqlamasında bildirib ki, fotolarda görünən D.Ç. adlı voleybolçu Əkrəm İmamoğlunun sevgilisi olub və onun başqa şəxslərlə əlaqəsi olmayıb.

Qeyd edək ki, İstanbul Baş Prokurorluğu tərəfindən məşhur şəxslərə qarşı aparılan narkotik istintaqı davam edir. İstintaq çərçivəsində saxlanılan Rabia Karacanın açıqlamaları və ortaya çıxan videolar müzakirələri daha da alovlandırıb.

Milli.Az