Samirə yazılan şərhə ƏSƏBİLƏŞDİ: "Bu qızı sevirəm, Ermənistandandı, amma...” - FOTO

15 Yanvar 2026 10:14

"Avroviziya"da Azərbaycanı təmsil etmiş Samirə Əfendi sosial şəbəkədə ona ünvanlanan bir şərhə sərt reaksiya göstərib.

Milli.Az-ın məlumatına görə, izləyicilərdən biri müğənninin paylaşımının altına "Bu qızı sevirəm. O, Ermənistandandır, amma yenə də sevirəm" məzmununda rəy yazıb.

Bu fikrə laqeyd qalmayan Samirə Əfendi həmin şəxsə cavab verərək yayılan məlumatın həqiqətə uyğun olmadığını bildirib. O qeyd edib ki, belə iddiaların mənbəyi maraqlıdır və vurğulayıb: "Samirə Əfəndiyeva Azərbaycandandır, Musabəyovlar ailəsinin nümayəndəsidir. Düşünürəm ki, bu, hər şeyi açıqlayır".

Milli.Az