Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevla vida və dəfn mərasimi bu gün saat 11:00-də keçiriləcək.
Milli.Az xəbər verir ki, bu barədə APA-ya mərhumun ailə üzvləri məlumat veriblər.
O, Hərbi Memorial Məzarlıqda dəfn olunacaq.
Xatırladaq ki, əslən Şuşadan olan Ş.Tağıyev 23 iyun 1992-ci ildə Milli Qəhrəman adına layiq görülüb. O, 2001-ci ildə Azərbaycanı tərk edərək Avropaya köçüb. O, İsveçdə Qocalar evində uzunsürən xəstəlikdən sonra vəfat edib.
Milli.Az