Gürcüstan hökuməti plastikdən istifadənin azaldılması istiqamətində yeni qərar qəbul edib.
Milli.Az-ın məlumatına görə, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi açıqlama yayıb. Qərara əsasən, 2026-cı il aprelin 1-dən etibarən dövlət satınalmaları həyata keçirən qurumların plastik stəkanlar və plastik su butulkaları sifariş etməsi qadağan olunacaq.
Yeni tənzimləməyə görə, həmin tarixdən sonra dövlət təşkilatları plastik stəkanların, müxtəlif plastik qabların, eləcə də həcmi 3 litrə qədər olan plastik butulkalarda təqdim edilən içkilərin alınmasını həyata keçirə bilməyəcək.
Qeyd olunub ki, bu məhdudiyyətlər ölkənin müdafiə qüvvələri və hərbi qulluqçuların təminatı üçün edilən dövlət satınalmalarına aid edilməyəcək.
Hüseyn
Milli.Az