Tanınmış futbolçu ölü TAPILDI - Keçən ay güllələmişdilər

15 Yanvar 2026 09:20

Rusiyanın ÇSKA klubunun yetirməsi olan peşəkar futbolçu Lionel Adamsın meyiti Moskva vilayətində yerləşən çoxmərtəbəli binalardan birinin ətrafında tapılıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası futbolçunun həyatını xilas etməyə çalışsa da, bu mümkün olmayıb. Məlumata əsasən, Adams ölümündən az əvvəl Yaltanın "Rubin" klubunda çıxış etmiş sabiq futbolçu Timur Maqomedovun evində qonaq olub.

Qeyd edək ki, futbolçunun ölümü ilə bağlı suallar ötən ilin dekabrında baş verən silahlı insident fonunda daha da aktuallaşıb. Belə ki, 2025-ci ilin dekabrında Adams gecə klublarından birində təxminən on nəfərin hücumuna məruz qalıb. Mübahisə zamanı hücum edənlərdən biri ona atəş açıb, digərləri isə futbolçunu döyüblər. Bud nahiyəsindən güllə yarası alan Adams xəstəxanaya yerləşdirilmişdi.

Hazırda hüquq-mühafizə orqanları futbolçunun müəmmalı ölümü ilə həmin insident arasında hər hansı əlaqənin olub-olmadığını araşdırır.

Hüseyn
Milli.Az