Sumqayıtda 48 yaşlı kişi faciəvi şəkildə öldü

15 Yanvar 2026 09:10

Sumqayıtda 48 yaşlı kişi dəm qazından boğularaq ölüb.

Milli.Az xəbər verir ki, hadisə şəhərin 18-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü Abdulzadə Vəfadar Tapdıq oğlu hamam otağında dəm qazından zəhərlənərək həyatını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və müvafiq qurumlar cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az