Ukrayna prezidenti Volodimir Zelenski ölkənin enerji sektorunda fövqəladə vəziyyət elan edəcəyini bildirib. Bu qərar Rusiyanın infrastruktur obyektlərinə ardıcıl hücumları nəticəsində elektrik enerjisinin verilişində yaranan ciddi kəsintiləri aradan qaldırmaq məqsədi daşıyır.
Milli.Az xəbər verir ki, Zelenski "X" sosial şəbəkəsində bildirib ki, Ukraynanın bütün enerji sektoru üzrə fövqəladə vəziyyət rejiminə keçilir.
Bu addım enerji çatışmazlığını idarə etmək və dağıdılmış sistemləri daha sürətli bərpa etmək üçün atılıb.
Prezident qeyd edib ki, hazırda xaricdən (Avropa ölkələrindən) Ukraynaya gətirilən elektrik enerjisinin həcmini əhəmiyyətli dərəcədə artırmaq üçün işlər aparılır.
Lalə Qüdrətova
Milli.Az