İlk bölümdən reytinqdə birinci oldu

14 Yanvar 2026 21:48

Baş rollarda Kenan İmirzalıoğlu və Afra Saraçoğlunu bir araya gətirən "A.B.İ." serialı ilk bölümü ilə Türkiyədə televiziya gündəminə damğa vurub. Serial yayımlandığı axşam bütün kateqoriyalar üzrə ən çox izlənilən ekran işi olub.

Milli.Az xəbər verir ki, serial 9,81% reytinqlə böyük uğur qazanıb.

Həm "AB", həm də "ABC1" qruplarında rəqiblərini geridə qoyaraq gecənin birincisi olub.

Serialda keçmişini unudub özünə yeni həyat quran Həkim Doğan (Kenan İmirzalıoğlu) obrazının hekayəsindən bəhs edilir. Doğan illər sonra qardaşının toyu səbəbindən ailəsinin yanına qayıtmalı olur və keçmişi ilə yenidən üzləşmək məcburiyyətində qalır.

Lalə Qüdrətova
Milli.Az