Məşhur aktyor Kıvanç Tatlıtuğ "Bozdağ Film"in çəkəcəyi "Dönence" serialı ilə razılaşıb. Aktyorun bu layihədən əldə edəcəyi qazanc hər kəsi təəccübləndirib.
Milli.Az xəbər verir ki, Kıvanç Tatlıtuğ bu serialın hər bir bölümü üçün 4 milyon Türk Lirəsi (təxminən 178 min manat) qazanacaq. Bu, Türkiyə serial sektorunda indiyədək bir aktyora ödənilən ən yüksək məbləğlərdən biridir.
Serialın istehsalçıları baş rolda aktyoru müşayiət edəcək qadın obrazı üçün Pınar Denizə ( "Yargı" serialının ulduzu) təklif göndəriblər.
Serial qlobal yayım platforması olan "Disney+"da nümayiş etdiriləcək.
Lalə Qüdrətova
Milli.Az