Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində qızını bıçaqlayan ana ilə bağlı polisin axtarışları nəticə verib.
Milli.Az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 1957-ci il təvəllüdlü F.Vəliyeva saxlanılıb.
Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.
Milli.Az