İranın məhkəmə hakimiyyətinin başçısı Qolam Hüseyn Möhseni Eceyi ölkədəki etirazlar zamanı saxlanılanları sürətləndirilmiş məhkəmə prosesləri və edamların gözlədiyini bildirib.
Milli.Az xəbər verir ki, "Sky News"-ın məlumatına görə, o, bu açıqlamaları 26 yaşlı etirazçı Erfan Soltaninin bu gün planlaşdırılan edamından əvvəl dövlət televiziyası tərəfindən yayımlanan videoda bildirib.
"Əgər biz nəsə etmək istəyiriksə, sürətli hərəkət etməliyik. Proses iki və ya üç ay uzanarsa, effekt fərqli olacaq. Hər şey sürətlə baş verməlidir", - o qeyd edib.
Milli.Az