AFFA-nı təhqir edən klub prezidenti cəzalandırıldı

14 Yanvar 2026 16:31

Region Liqasında çıxış edən "VT Gəncə" komandasının prezidenti 10 oyunluq cəzalandırılıb.

Milli.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

Belə ki, ötən il dekabrın 29-da AFFA Region Liqasında keçirilməli olan "Xocalı" PFK - "VT Gəncə" oyununda "VT Gəncə" komandasının prezidenti Hacıbala Əzimov AFFA-nı və hakimləri təhqir etdiyi üçün növbəti 10 oyuna buraxılmayacaq.

Milli.Az