Həkimdən xəbərdarlıq: Qan azlığının əsas səbəbi dəmir çatışmazlığıdır

14 Yanvar 2026 15:11

Qan azlığının yəni, anemiyanın əsas səbəblərindən biri dəmir çatışmazlığıdır. 

Milli.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov deyib.

Onun sözlərinə görə, bu problem xüsusilə qadınlarda daha çox müşahidə olunur. Halsızlıq, yorğunluq, başgicəllənmə kimi əlamətlərlə özünü göstərir.

Qeyd edib ki, dəmir çatışmazlığı ilə yanaşı müxtəlif səbəblərdən də qan azlığıyarana bilər: 

"Əməliyyatlar zamanı qan itirilməsi, yaşla bağlı hormonal dəyişikliklər, hamiləlik dövrü, bəzi genetik xəstəliklər və ya balanssız qidalanma bu səbəblər sırasındadır".

N.Məhərrəmov nəzərə çatdırıb ki, qan azlığına səbəb olan irsi xəstəliklərdən biri də talassemiyadır:

"Bu xəstəliyə sahib olan insanların bəzilərində orqanizmin qan yaratma funksiyası zəif olur və onlar mütəmadi olaraq qan köçürülməsinə ehtiyac duyurlar".

Terapevt, qan azlığı zamanı yaxşı qidalanmağı, qırmızı ət yeməyi və aktiv həyat tərzini məsləhət görüb.

Mina Mikayılova
Milli.Az