Bakı-Sumqayıt yolundakı qəzada yaralanan şəxslərin SON VƏZİYYƏTİ

14 Yanvar 2026 14:28

14.01.2026-ci il tarixində saat 12:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı-Sumqayıt ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.

"Hadisə yerində xəsarət alan 3 nəfərə (kişi) təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və bədənin müxtəlif dərəcəli xəsarətləri diaqnozu ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub",- məlumatda bildirilib.

Qeyd edək ki, yerli KİV-lərdə bu gün Bakı-Sumqayıt yolunda beş avtomobilin iştirakı ilə baş verən zəncirvari qəza barədə məlumatlar yayılıb. Hadisənin yolun Xırdalan şəhərindən keçən hissəsində qeydə alındığı bildirilir.

Milli.Az