"Azərbaycanı tam qane edən formul hazırlanıb" - Paşinyan

14 Yanvar 2026 14:40

"Tramp marşrutu" layihəsinin həyata keçirilməsi ilə bağlı tərəflər Ermənistanı və ABŞ-ı, çox güman ki, Azərbaycanı da tam qane edən bir formul hazırlaya biliblər.

Milli.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

O, İrəvanda ABŞ və Avropa İttifaqı səfirlərinin iştirakı ilə keçirilən konfransda layihənin həyata keçirilməsi proseduru ilə bağlı sənədin müddəalarını belə təsvir edib.

Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi Trampın Beynəlxalq Sülh və Rifah Yolu (TRIPP) layihəsinin həyata keçirilməsi prosedurlarını müəyyən edən sənəd dərc etmişdi . Sənəd Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio arasında bir gün əvvəl Vaşinqtonda keçirilən görüşdən sonra təqdim edilib.

Paşinyanın sözlərinə görə, Bakı hələlik sənədə rəsmi cavab verməyib, lakin o, təklif olunan formulun Azərbaycanın maraqlarına tam uyğun olduğuna inanır.

Milli.Az